Bank Of Baku

Kürdəmir rayonunda 60-a yaxın evi yeraltı qrunt suları basıb

Kürdəmir rayonunda 60-a yaxın evi yeraltı qrunt suları basıb
# 11 fevral 2010 09:50 (UTC +04:00)
Kürdəmir. Şahnəzər Bəşirov-APA. Kürdəmir rayonunun Mollakənd və Türkədi kəndində yeraltı qrunt sularının səviyyəsi qalxıb və yaşayış evlərinə, əkin sahələrinə ziyan dəyib. APA-nın yerli bürosunun xəbərinə görə, Kür çayının kənarında yerləşən həmin yaşayış məntəqələrində hündürlüyü 30-40 santimetrdək qalxan yeraltı qrunt suları 60-a yaxın həyət evinin zirzəmisini, tövlələri basıb, insanların gediş-gəlişini çətinləşdirib.
Vətəndaşların müraciəti əsasında Fövqəladə Hallar Nazirliyinin mülki müdafiə işçiləri tərəfindən hal-hazırda qeyd edilən ərazilərin qrunt sularından təmizlənməsi istiqamətində müvafiq işlər görülür. Qrunt sularının çəkilərək başqa yerə axıdılması üçün 4 ədəd nasos və digər qurğulardan istifadə olunur.

Məlumata görə, Kür çayında lil və çöküntülərin artması, suyun səviyyəsinin qalxması nəticəsində mütamadi olaraq ətrafdakı kəndlərə yeraltı qrunt suları sızıb. İlk dəfədir ki, qrunt suları geniş ərazini əhatə edib və yaşayış evlərinə ziyan vurub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR