Bank Of Baku

İlk Azərbaycan-Antarktida ekspedisiyasının nəticələrinə həsr olunmuş kitabların təqdimatı olub

İlk Azərbaycan-Antarktida ekspedisiyasının nəticələrinə həsr olunmuş kitabların təqdimatı olub
# 11 fevral 2010 11:33 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Ekologiya və təbii sərvətlər naziri, Hava və Ekstremal İdman Növləri Federasiyasının prezidenti Hüseyn Bağırov ilk Azərbaycan-Antarktida ekspedisiyasının nəticələrinə həsr olunmuş üç kitabın - “Antarktida gündəliyi”, “Antarktida iqlimi. Qlobal təsirlər” və “Hondvananın donmuş parçası” kitablarının təqdimatını keçirib. APA-nın məlumatına görə, təqdimat mərasimində çıxış edən H. Bağırov bildirib ki, kitabın elmi əhəmiyyəti bu mövzuda Azərbaycan dilində yazılmış və Azərbaycanda çap olunmuş ilk əsər olmasdır: “İndiyədək Azərbaycanda bu mövzuda kitablar mövcud olmayıb. Bu baxımdan kitab gənclər, tələbə və şagirdlər üçün çox böyük əhəmiyyət kəsb edir”.

H. Bağırov Antarktida ilə bağlı artıq başqa dillərdə mövcud olan kitabların tərcümə olunması ilə bağlı səsləndirilən fikirlərin də əsassız olduğunu bildirib: “Nəyə görə bizim özümüzün bu mövzuda müşahidələrimizi əks etdirən kitabımız olmasın? Azərbaycan-Antarktida ekspedisiyasının Cənub qütbündə apardığı tədqiqatlarla hər bir azərbaycanlı fəxr edə bilər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR