Bank Of Baku

Azərbaycanda qayaya dırmanma üzrə beynəlxalq festival keçiriləcək

Azərbaycanda qayaya dırmanma üzrə beynəlxalq festival keçiriləcək
# 11 fevral 2010 12:25 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Hava və Ekstremal İdman Növləri Federasiyası fəaliyyətini gücləndirmək üçün bir neçə maraqlı layihə həyata keçirəcək. APA-nın məlumatına görə, bu barədə federasiyanın prezidenti, ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov açıqlama verib. O bildirib ki, Hava və Ekstremal İdman Növləri Federasiyası Beynəlxalq Hava İdman Növləri Federasiyasının üzvüdür: “Artıq həmin federasiya bizim idmançılara beynəlxalq yarışlara qatılmaq üçün lisenziya verməyə hazırdır. Bu yay qayaya dırmanma idman növünü populyarlaşdırmaq istəyirik. Bu yay dağlarımızın gözəl imkanlarından istifadə edib, qayaya dırmanma üzrə beynəlxalq festival keçirəcəyik”.

H. Bağırov deyib ki, Azərbaycanda “7 zirvə hərəkatı”na da start veriləcək: “Ölkəmizdə hündürlüyü 4000 metrdən artıq olan 10-a qədər dağ var. Xoşbəxtlikdən ən yaxşı dağlarımız milli parkların ərazisinə düşür. Oranı konserv qutuları və ya başqa əşyalarla zibilləmək mümkün olmayacaq. Bununla bağlı çox böyük məhdudiyyətlər tətbiq ediləcək. Biz Azərbaycanda dağ idman hərəkatının kütləviləşməsini istəyirik”.

H. Bağırov əlavə edib ki, landşaftı pozmadan dağ aşırımlarında xilasetmə və dayaq məntəqələri, çadır düşərgələri, təlim üçün yerlər də yaradılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR