Bank Of Baku

Azərbaycandan xaricdə doktorantura təhsili alacaq yüksək ixtisaslı alim və mütəxəssislər müəyyən edilib - FOTO

Azərbaycandan xaricdə doktorantura təhsili alacaq yüksək ixtisaslı alim və mütəxəssislər müəyyən edilib - <font color=red>FOTO</font>
# 11 fevral 2010 15:00 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Mahmud Kərimov və vitse-prezidenti Akif Əlizadə elmdə islahatlara dair bu gün brifinq keçiriblər. AMEA Geologiya İnstitutunun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Akademiyanın prezidenti Mahmud Kərimov bildirib ki, prezident İlham Əliyevin fevralın 9-da imzaladığı “Azərbaycan Milli Elmlər Akademiyasının gənc alimlərinin Avropanın elmi mərkəzlərində doktorantura təhsilinin maliyyələşdirilməsi haqqında” sərəncamının məqsədi ölkədə elmi tədqiqatların müasir standartlar səviyyəsində aparılmasını, ölkənin elmi kadr potensialının artırılmasını və Azərbaycan elminin beynəlxalq elm məkanına inteqrasiyasının təmin olunmasını daha da sürətləndirməkdir. Gənc alimlərin Avropadakı elmi mərkəzlərin doktoranturalarında təhsil almaları üçün 2010-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan prezidentinin ehtiyat fondundan 500 min manat vəsait ayrılacaq.

Akademik A. Əlizadə isə deyib ki, hazırda doktoranturada təhsil almaq üçün xarici ölkələrə göndəriləcək 10 yüksək ixtisaslı alim və mütəxəssis müəyyən edilib. Onlardan 3 nəfər Geologiya, 2 nəfər Fizika, 2 nəfər Kibernetika, 2 nəfər Botanika və 1 nəfər Zoologiya institutlarının əməkdaşlarıdır.

Gənc alimlər Fransanın Serji-Pontuaz Universiteti və Frenel institutu, Belçikanın Gent, Avstriyanın Leoben, Almaniyanın Bremen, Bilefeld, Fridrix Şiller adına Yena universitetləri, İspaniyanın Elmi Tədqiqatlar üzrə Ali Şurası və digər elmi mərkəzlərdə təhsil alacaqlar.

A. Əlizadə bildirib ki, AMEA-da elmi kadrların əksəriyyəti yaşlaşıb və hazırda gənc mütəxəssislərə böyük ehtiyac var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR