Bank Of Baku

Azərbaycanın qərb bölgəsinə yenidən qar yağıb

Azərbaycanın qərb bölgəsinə yenidən qar yağıb
# 12 fevral 2010 08:05 (UTC +04:00)
Gəncə. Ayxan Hüseynov-APA. Azərbaycan ərazisinə soyuq hava kütlələrinin yenidən daxil olması nəticəsində gecə saatlarından başlayaraq qərb rayonlarına qar yağmağa başlayıb. APA-nın qərb bürosunun verdiyi məlumata görə, dağlıq rayonları olan Daşkəsən və Gədəbəyə 3-5 santimetr qar düşsə də, Qazax, Ağstafa və Tovuz rayonlarında qarın qalınlığı 15-20 santimetrdir. Qazax-Tovuz rayonlarının dağlıq ərazilərində ötən günlərdə yağan qarın əriməməsi nəticəsində hal-hazırda qar hündürlüyü 30-40 santimetr təşkil edir. Ağstafa və Tovuz rayonlarında yollar açıq olduğundan avtomobillərin hərəkətində hər hansı problem yaranmayıb. Qazax rayonunda isə yollar qar ilə örtüyündən tədricən buzlaşma müşahidə olunur və bu avtomobillərin hərəkətində müəyyən çətinliklər yaradır.
Yerli icra hakimiyyətlərindən APA-nın qərb bürosuna verilən məlumata görə, havanın yağıntılı keçməsinə baxmayaraq, rayonlarda təbii qazın və elektrik enerjisinin verilməsində heç bir problem yaranmayıb.

Qeyd edək ki, gecə saatlarından başlayaraq Gəncə şəhərinədə qar yağmağa başlayıb. Hal-hazırda şəhərdə qarın hündürlüyü 3-5 santimetrdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR