Bank Of Baku

Azərbaycana “donuz qripi”nə qarşı əlavə peyvəndlər göndəriləcək

Azərbaycana “donuz qripi”nə qarşı əlavə peyvəndlər göndəriləcək
# 12 fevral 2010 09:50 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Dünya Səhiyyə Təşkilatı Azərbaycana A/H1N1 virusuna (“donuz qripi”) qarşı əlavə peyvəndlər göndərməyi planlaşdırılır. Bu barədə APA-ya təşkilatın Azərbaycan üzrə ölkə ofisinin yoluxucu xəstəliklər üzrə mütəxəssisi Vüsalə Allahverdiyeva məlumat verib. O bildirib ki, Səhiyyə Nazirliyi ilə imzalanmış plana əsasən növbəti mərhələdə də Azərbaycana əhalinin 2 faizi miqdarında peyvənd göndəriləcəyi gözlənilir. Hazırda peyvəndlərin ikinci partiyasının gətirilməsi ilə bağlı danışıqlar gedir.

V. Allahverdiyevanın sözlərinə görə, beynəlxalq səhiyyə qurumu Azərbaycanda A/H1N1 virusuna qarşı aparılan peyvəndləmənin səviyyəsindən razıdır: “Həm əhalinin cəlb olunması, həm də coğrafi əhatə baxımından peyvəndləmə yaxşı aparılır. Bakı şəhəri üzrə birinci partiyada gətirilən peyvəndlərlə əhatə olunmalı əhalinin təxminən 70 faizi bu prosesə cəlb edilib”.

Qeyd edək ki, Dünya Səhiyyə Təşkilatı indiyədək Azərbaycana A/H1N1 virusuna qarşı mübarizə üçün 172 min doza vaksin göndərib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR