Bank Of Baku

Fransanın Azərbaycandakı səfiri Dillər Universitetinin professor-müəllim heyəti ilə görüşüb

Fransanın Azərbaycandakı səfiri Dillər Universitetinin professor-müəllim heyəti ilə görüşüb
# 12 fevral 2010 10:00 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva - APA. Fransanın Azərbaycandakı səfiri Qabriel Keller Azərbaycan Dillər Universitetinin professor-müəllim heyəti ilə görüş keçirib. APA-nın xəbərinə görə, ADU-nun rektoru Səməd Seyidov səfirə aktiv fəaliyyətinə və universitetlə əməkdaşlığına görə təşəkkür edib. O, ADU və Fransanın Strasburq Universiteti arasında müqavilə bağlandıqdan sonra əməkdaşlığın daha da sıxlaşdığını deyib: “İndi ADU və Fransa universitetləri arasında bir neçə tələbə-müəllim mübadiləsi proqramları var. Azərbaycan Dillər Universitetində təxminən 300 nəfər fransız dili və mədəniyyətini öyrənir”.

Q. Keller də Azərbaycanla Fransa arasında ali təhsil sahəsində əməkdaşlığı yüksək qiymətləndirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR