Bank Of Baku

Azərbaycanın şimal-qərb bölgəsinə qar yağması nəticəsində yollar buz bağlayıb

Azərbaycanın şimal-qərb bölgəsinə qar yağması nəticəsində yollar buz bağlayıb
# 12 fevral 2010 10:33 (UTC +04:00)
Oğuz-Balakən. Vüqar Heydərov-APA. Azərbaycanın şimal-qərb bölgəsinə qar yağması nəticəsində yollar buz bağlayıb. APA-nın yerli bürosunun məlumatına görə, ötən gün axşam saatlarından başlayaraq bölgədə qeyri-sabit hava şəraiti hökm sürür. Bölgədə başlayan qeyri-sabit hava şəraiti fevralın 11-i axşam saatlarında narın yağışla müşahidə edilməyə başlayıb. Gecə saatlarında yağışın qara keçməsi və tempraturun -5, -7 dərəcəyə düşməsi bolgənin rayon mərkəzlərində və dağ ətəyi kəndlərdə yolların buz bağlaması ilə nəticələnib. Yolların buz bağlaması ən çox Oğuz, Şəki, Qax və Zaqatala rayon mərkəzlərində müşahidə edilir. Rayonların icra struktorlarından APA-ya verilən məlumata görə, havanın qarlı və şaxtalı keçməsi ilə əlaqədər rayon mərkəzlərində hərəkətin məhdudlaşmamasının qarşısını almaq üçün yollara qum və duz səpilib. Havaların qarlı və şaxtalı keçməsinə baxmayaraq, bölgəyə elektirik enerjisinin və təbii qazın verilməsində heç bir problem yaranmayıb.

Hazırda ölkənin şimal-qərb bölgəsində havanın tempraturu dağətəyi kəndlərdə -8, aran ərazilərində -4 dərəcə təşkil edir. Qarın yağması davam edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR