Bank Of Baku

Rusiya prezidenti Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin sədrini “Dostluq” ordeni ilə təltif edib

Rusiya prezidenti Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin sədrini “Dostluq” ordeni ilə təltif edib
# 12 fevral 2010 12:19 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA. Rusiya prezidenti Dmitri Medvedyev Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyevi “Dostluq” ordeni ilə təltif edib. Bu barədə APA-ya Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyindən məlumat verilib.

M. Vəliyev Rusiyanın «Dostluq» ordeninə veteran təşkilatları arasında əlaqələrin inkişaf etdirilməsi, möhkəmləndirilməsi, gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmasında fəaliyyəti, veteranlar və onların ailə üzvlərinə göstərdiyi sosial dəstəyə görə Rusiya prezidentinin 1486 saylı Fərmanı ilə təltif olunub.

Qeyd edək ki, M. Vəliyev MDB Hökumət Başçıları Şurası Yanında “Beynəlmiləlçi Döyüşçülər”in işi üzrə Komitənin sədr müavini, “Döyüş Qardaşlığı” Beynəlxalq veteran təşkilatının Ali Şurasının üzvüdür. O, həmçinin 2008-ci ildən BMT-nin sosial-iqtisadi məsləhətçi statusuna malik beynəlxalq ictimai birliklərin “Müharibə Veteranları İctimai Komitəsi”nin Cənubi Qafqaz və Yaxın Şərq üzrə rəhbəridir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR