Bank Of Baku

Vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün elan edilən müsabiqəyə 169 namizəd sənəd verib

Vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün elan edilən müsabiqəyə 169 namizəd sənəd verib
# 12 fevral 2010 13:00 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın 42 dövlət orqanı, o cümlədən 5 rayon, 4 apellyasiya məhkəməsi üzrə 771 vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün fevralın 5-də elan etdiyi müsabiqəyə artıq 169 namizəd sənəd verib. Komissiyanın mətbuat xidmətinin rəhbəri Asəf Əliyevin APA-ya verdiyi məlumata görə, hələlik bir yerə qarşı daha çox namizəd Bakı Apellyasiya Məhkəməsi üzrə qeydə alınıb (21 yerə qarşı 21 namizəd). Bu dövlət orqanı üzrə müsabiqə vəziyyəti hələlik bir yerə qarşı bir namizəddir. İqtisadi İnkişaf Nazirliyi (İİN) üzrə 13 vakant yerə qarşı artıq 11 namizəd qeydə alınıb. Bu dövlət orqanı üzrə müsabiqə vəziyyəti 1 yerə qarşı 0,85 namizəddir.
Mədəniyyət və Turizm Nazirliyi üzrə 12 vakant yerə qarşı artıq 9 namizəd (1 yerə qarşı orta hesabla 0,75 namizəd) ərizə verib.

A. Əliyev deyib ki, say etibarilə daha çox namizəd Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin vakant vəzifələri üzrə sənəd verib (116 yerə qarşı 27 namizəd). Bu qurum üzrə müsabiqə vəziyyəti 1 yerə qarşı 0,23 namizəddir. Daha çox namizədin sənəd verdiyi dövlət qurumları içərisində ikinci və üçüncü yerləri Bakı Apellyasiya Məhkəməsi (21 yerə qarşı 21 namizəd) və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (62 yerə qarşı 18 nəfər) tutur.

Qeyd edək ki, müsabiqədə iştirak etmək üçün sənədlərin qəbulu martın 9-dək davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR