Azərbaycan Dövlət Sosial Müdafiə Fondunda ötən ilin yekunları ilə bağlı kollegiya iclası keçirilib
DSMF-dən «APA-Economics»ə verilən məlumata görə, iclası giriş sözü ilə açan Fondun sədri Səlim Müslümov bildirib ki, ötən il Azərbaycanda pensiya proqramlarının vaxtında və tam icra edilməsi mümkün olub. Ötən il DSMF-nin gəlirləri 1,6 mlrd. manat təşkil edib ki, bu da 2008-ci ilə nisbətən 14,7% çoxdur. Hesabat ilində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 2008-ci ilə nisbətən 8,3% artaraq 1,037 mlrd. manat təşkil edib. Ötən il məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların 56%-i qeyri-büdcə təşkilatlarının payına düşüb. Həmin təşkilatların ödədikləri məcburi dövlət sosial sığorta haqlarının məbləği keçən ilə nisbətən 1,3% artıb.
Sədrin sözlərinə görə, hesabat dövrü ərzində həm fiziki şəxslərin, həm də torpaq mülkiyyətçilərinin sosial sığortaya cəlb edilməsi gücləndirilib və nəticədə, fiziki şəxslərdən daxilolmalar 25%, torpaq mülkiyyətçiləri üzrə isə 23% artıb.
S.Müslümov qeyd edib ki, daxilolmaların səviyyəsi pensiya və müavinətlərin vaxtında maliyyələşdirilməsinə imkan verib. Ötən il DSMF-nin xərcləri 1,675 mlrd. manat olub. Hesabat dövründə pensiya və müavinətlərin maliyyələşdirilməsi üçün fond tərəfindən 1,618 mlrd. manat vəsait yönəldilib ki, bu da əvvəlki ilə nisbətən 20,8% çoxdur. Pensiya xərcləri 2008-ci ilə nisbətən 20,7% artaraq 1,571 mlrd. manat təşkil edib.
S.Müslümov onu da bildirib ki, 2009-cu ildə əhaliyə 46,4 mln. manat məbləğində müavinət ödənilib ki, bunun da 37,7%-i hamiləliyə və doğuma görə, 31,1%-i əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə, 18,1%-i dəfn üçün, 13,1%-i isə digər müavinətlərin payına düşür.
Fondun sədri bildirib ki, ölkə üzrə əmək pensiyaçılarının sayı ilkin məlumatlara görə ötən il ərzində 33 294 nəfər artaraq ilin sonuna 1 308 432 nəfər təşkil edib: «Əmək pensiyalarının orta aylıq məbləği 2009-cu ilin əvvəlinə nisbətən 5 manat və ya 5,3% artaraq ilin sonuna 100,4 manat olub ki, bu da orta aylıq əməkhaqqına nisbətən 34% təşkil edir. Ölkə prezidentinin əmək pensiyasının sığorta hissəsinin indeksləşdirilməsi ilə bağlı sərəncamına əsasən, bütün pensiyaçıların 60%-nin pensiyasının sığorta hissəsinə 20,8% artım tətbiq olunub».
İl ərzində fərdi uçota alınanların sayı ilin əvvəlinə nisbətən 154 min nəfər artıb. Hesabat dövründə fondun 9 yerli şöbəsinin yeni inzibati binasının tikintisi başa çatdırılıb, o cümlədən 4 yerli şöbəsinin inzibati binası istifadəyə verilib.
Kollegiya iclasında həmçinin Fondun yerli orqanlarının 2009-cu ildəki fəaliyyəti ətraflı təhlil olunub. Bu il məcburi dövlət sosial sığorta haqlarının toplanılması istaqəmətində işlərin gücləndirilməsi, özəl sektorda çalışanların tam qeydiyyatı və əməkhaqlarının leqallaşdırılması ilə bağlı müvafiq qurumlarla birgə addımların atılması barədə qərar qəbul olunub.
Sosial
Bu il Peşə-əmək Reabilitasiyası Mərkəzinə daha 153 nəfər qəbul edilib
“Türk dilləri, ədəbiyyatları və tarixlərinin tədrisi müasir çağırışlar kontekstində” adlı beynəlxalq konfrans keçirilib - FOTO
Birinci Türkoloji Qurultayın 100 illiyi UNESCO-da qeyd ediləcək
“Gənc xilasedici” Beynəlxalq yarışı və “Gənc xilasedici və yanğınsöndürən” birinciliyinin final mərhələsinə start verilib
Xəbər Lenti
Livan hökuməti ordunu İsraillə sərhəd boyunca yerləşdirmək niyyətindədir
İran XİN: Yaxın günlərdə ABŞ tərəfi ilə heç bir səviyyədə danışıqlar aparmayacağıq
Katz: İsrail sabah İranla müharibəyə başlaya bilər
NZS qəsəbəsində məişət tullantıları yığılmış ərazidə baş vermiş yanğın söndürülüb - YENİLƏNİB
Quterreş terrorçuların yeni texnologiyalara uyğunlaşmasından danışıb
Naxçıvan Qaz İstismar Xidmətinin sabiq rəisinin məhkəməsi başlayıb
Azərbaycanda Milli Məlumat Hövzəsi yaradılıb
Milli Müdafiə Universiteti HHQ ixtisasları üzrə “Zabit hazırlığı kursu”na qəbul elan edib
Fransa və Oman Hörmüz boğazının minalardan təmizlənməsində razılığa gəlib
Mehriban Əliyeva: Süni intellektin dövlətlərin təhlükəsizliyinin təmin edilməsində rolu artmaqdadır və artıq mərkəzi yer tutur
Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirilib - FOTO
Qazaxıstan və Gürcüstan strateji tərəfdaşlıq haqqında saziş imzalayıb
“Mançester Siti”nin yeni baş məşqçisi məlum olub
Ukrayna ordusu üç körpünü, sursat anbarını və idarəetmə məntəqələrini vurub
İRİA “Microsoft for Startups Investor Network” beynəlxalq proqramına qoşulub
Bu il Peşə-əmək Reabilitasiyası Mərkəzinə daha 153 nəfər qəbul edilib
Hacıqabulda 2 mərtəbəli ev yanıb - FOTO
KİV: İsrail və Livan arasında sülh danışıqlarının yeni raundu sabah keçiriləcək
Lavrovun müavini İrəvanın Aİ və Aİİ arasında seçimindən danışıb: Ermənistanı başa düşmürük
ADY yay qrafikinə keçir
Türk Dünyası Həftəsində türk dillərinin inkişaf dinamikası müzakirə olunub
“Türk dilləri, ədəbiyyatları və tarixlərinin tədrisi müasir çağırışlar kontekstində” adlı beynəlxalq konfrans keçirilib - FOTO
Küləkli hava ilə bağlı sarı xəbərdarlıq verilib
Tehran-Dubay aviareysi bərpa olunub
Qaluzin: TRIPP-in perspektivləri birmənalı deyil
Ağ Ev: Atəşkəs üzrə öhdəliklərimizə əməl edirik, hücumlara cavab vermişik
Rəsmi Moskva: Ermənistan Gümrüdəki Rusiya hərbi bazasını bağlamağı düşünmür
Birinci Türkoloji Qurultayın 100 illiyi: Bakı Türk dünyasının humanitar gündəmini müəyyənləşdirən platformaya çevrilir
Bakıda dörd yaşlı uşaq 5-ci mərtəbədən yıxılaraq ölüb
Ağ Ev: Kuşner və Uitkof İranla danışıqlarda iştirak edəcək
Sabahdan bəzi yerlərdə yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
Şagirdlərin dərs vaxtı mobil telefondan və elektron cihazlardan istifadə etməsi qadağan olunub
Bakı Musiqi Kollecinə yeni direktor təyin olunub
İyulda temperatur bəzi yerlərdə bir qədər yüksək olacaq - AYLIQ PROQNOZ
Qaluzin: Moskva və Bakı AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı bütün məsələləri həll edib
Rusiya Dneprə ballistik raketlə zərbə endirib: 5 nəfər ölüb, 29 yaralı var - YENİLƏNİB
Almaniyada atışma baş verib, 5 nəfər ölüb
Azərbaycan ictimaiyyəti müharibə cinayətkarlarının müdafiəsi ilə bağlı süni kampaniyanı rədd edib
Tramp neftin qiymətinin düşdüyünü bildirir
Tramp: İran görüş keçirilməsini istəyib, danışıqlar sabah Dohada baş tutacaq
Türk Dünyası Həftəsi çərçivəsində plenar iclas keçirilib
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Aİ ölkələri qış mövsümü üçün yeraltı anbarlara 22 mlrd. kubmetr qaz vurub
Birinci Türkoloji Qurultayın 100 illiyi UNESCO-da qeyd ediləcək
Birinci Türkoloji Qurultayın 100 illik yubiley tədbirinin iştirakçıları Fəxri xiyabanı ziyarət edib
Siqaret qaçaqmalçılığında ittiham edilən dəstənin məhkəməsi başlayıb
Şəmkirdə yeniyetmənin meyiti tapılıb