Bank Of Baku

Azərbaycanlı müəllim yeni süni dil tərtib edib

Azərbaycanlı müəllim yeni süni dil tərtib edib
# 12 fevral 2010 13:37 (UTC +04:00)
Quba. Könül Abdullayeva -APA. Qubada fəaliyyət göstərən dilçi müəllim Niyaməddin Kəbirov yeni süni dil - Vollanco tərtib edib. Bu barədə APA-nın şimal bürosunun N. Kəbirov özü bildirib. Dilçi xatırladıb ki, hələ XIX əsrdə Esperanto təxəllüslü polşalı həkim Lüdvid Zamenqof latın, ingilis, alman və fransız dillərindən ibarət esperanto süni dilini hazırlayıb. Zərurət yarandıqda esperanto yeganə ümumi dil kimi beynəlxalq miqyasda istifadə olunur. Lakin N.Kəbirovun ərsəyə gətirdiyi yeni beynəlxalq dildə esperantoya daxil edilən dörd dildən əlavə koreya, hind, rus, yapon, çin, Azərbaycan, bir sözlə dünyada yaşayan 6 minədək xalqın və etnik qrupun dilindəki sözlərdən istifadə olunub. Müəllif yeni tərtib etdiyi dili – Vollanco- yəni dünya dili adlandırıb. Vollanco əlifbası latın və kiril qrafikalı 26 hərfdən ibarətdir. Süni dilin qrammatikası isə müxtəlif dillərin sintezi əsasında formalaşdırılıb. On xarici dil bilən, 100-ə yaxın dil haqqında isə ümumi məlumata malik olan N. Kəbirov süni dil tərtib etməyə çoxdan bəri maraq göstərdiyini deyib. Onun fikrincə, esperantoya alternativ olan vollanco daha mükəmməldir. Bu dildə hər bir xalq öz doğma dilinə aid sözlərlə rastlaşa bilər. Müəllif hətta xınalıq dilindən də istifadə etdiyini deyərək yeni beynəlxalq dilin dünya xalqları tərəfindən maraqla qarşılanacağına əminliyini bildirib. O, bu dilin beynəlxalq tədbirlərdə ünsiyyət vasitəsi kimi istifadəsini təklif edir. Onun sözlərinə görə, Vollanco artıq Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunda müzakirə olunub. Müəllif, həmçinin layihəni beynəlxalq təşkilatlara da təqdim etmək niyyətində olduğunu deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR