Bank Of Baku

Bərdədə mağaza sahiblərinə sənəd verilmir

Bərdədə mağaza sahiblərinə sənəd verilmir
# 12 fevral 2010 15:19 (UTC +04:00)
Bərdə. Teymur Zahidoğlu-APA. Bərdədə yeni istifadəyə verilmiş bazarda mağaza sahibləri özlərinə məxsus ticarət obyektlərinin sənədlərini ala bilmirlər. Bu barədə APA-nın Qarabağ bürosuna açıqlamalarında mağaza sahibləri bildiriblər. Onların sözlərinə görə, köhnə bazarın ləğvi haqda qərar verildikdən sonra oradakı bütün ticarət obyektləri məcburi surətdə yeni inşa olunmuş alış-veriş mərkəzinə köçürülüb. Həmin ərəfədə ticarətçilərə mağaza və sənədlərin veriləcəyi vəd olunsa da, onların əksəriyyəti hələ də təzə ticarət mərkəzindən yer ala bilməyib. Mağaza alan satıcılara isə bu günədək sənəd verilmir. Şikayətçilər onu da deyiblər ki, hər dəfə bu mövzuya toxunanda Bərdə rayon İcra Hakimiyyətindən onlara bildirilir ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən yeni inşa olunmuş ticarət mərkəzinin tutduğu torpaq sahəsinə dair lazımi sənədlər verilmir, ona görə də problem həllini tapmır.

Bərdə rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məzahir Qasımov isə APA-nın Qarabağ bürosuna bildirib ki, mağaza sahiblərinin sənəd ala bilməmələri barədə söylədikləri doğrudur. Onun sözlərinə görə, bu istiqamətdə rayon İcra Hakimiyyəti tərəfindən müvafiq tədbirlər görülür. Yaxın gələcəkdə ticarətçilər Əmlak Məsələləri üzrə Dövlət Komitəsindən alqı-satqı müqaviləsi ilə lazımi sənədlər ala biləcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR