Bank Of Baku

Ombudsman YUNİSEF-in Azərbaycan nümayəndəliyi rəhbərinin müavinini qəbul edib

Ombudsman YUNİSEF-in Azərbaycan nümayəndəliyi rəhbərinin müavinini qəbul edib
# 12 fevral 2010 16:39 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova YUNİSEF-in Azərbaycan nümayəndəliyi rəhbərinin müavini Rəşid Mustafanı qəbul edib. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşün məqsədi carı ildə Müvəkkilin YUNİSEF-in Azərbaycan nümayəndəliyi ilə əməkdaşlığının əsas istiqamətlərini müəyyənləşdirmək olub. Müvəkkil Ombudsman təsisatının uşaq hüquqlarının təmininə və təbliğinə də böyük diqqət yetirdiyini, fəaliyyət dövrü ərzində YUNİSEF-in ölkəmizdəki nümayəndəliyi ilə qarşılıqlı əlaqələrin qurulduğunu vurğulayıb. De-institutlaşma proqramının həyata keçirilməsi istiqamətində ailələrə qaytarılmış uşaqların vəziyyətinin öyrənilməsi məqsədilə Ombudsman və əməkdaşları tərəfindən keçirilmiş monitorinqlər, aidiyyəti qurumlara bu araşdırmaların nəticələri üzrə göndərilmiş təkliflər diqqətə çatdırılıb. Ombudsmanın regional mərkəzlərinin əməkdaşlarının uşaq hüquqları sahəsində bilik və bacarıqlarının, fəaliyyət imkanlarının daha da təkmilləşdirilməsi məqsədilə maarifləndirici tədbirlərin həyata keçirilməsi, onların və bu beynəlxalq qurumun nümayəndələrinin iştirakı ilə ölkənin müxtəlif şəhər və rayonlarında uşaq hüquqlarının müdafiəsi vəziyyətinin öyrənilməsi üzrə monitorinqlərin aparılması önə çəkilib. Müvəkkil ölkəmizdə əlilliyi olan insanların QHT-lər şəbəkəsinin fəaliyyət göstərdiyini qeyd edib, həmin şəbəkənin bu qəbildən olan insanların adı çəkilən monitorinqlərə cəlb edilməsinin, yerlərdə icmaların təşkil olunmasının zəruriliyini vurğulayıb.

E. Süleymanova Azərbaycan Ombudsmanının Avropa Uşaq Ombudsmanları Şəbəkəsinin (ENOC) üzvü olduğunu, həmin təşkilatın tədbirlərində uşaqların hüquqlarının müdafiəsi üçün onların özlərinin fəal iştirakını təmin etmək, onları liderlər kimi yetişdirmək üçün şəbəkənin yaradılmasını təklif edib., ENOC-la əməkdaşlıq çərçivəsində Avropa Şurasının uşaqların dostcasına ədalət mühakiməsi layihəsi ilə bağlı qanunla münaqişədə olan uşaqların fikirlərinin nəzərə alınmasına yönəlmiş sorğuların keçiriləcəyini söyləyib.

Müvəkkil YUNİSEF-in dəstəyi ilə yaradılmış, Təhsil Nazirliyinin balansında olan resurs mərkəzlərinin fəaliyyətinin genişləndirilməsinin, Müvəkkilin regional ofisləri əməkdaşlarının burada iştirakının, həmin mərkəzlərin fəaliyyətinin uşaq hüquqlarının təbliğinə yönəldilməsinin vacibliyini nəzərə çatdırıb.

Fikir mübadiləsi şəraitində keçən görüşdə uşaqlara qarşı zorakılıq halları ilə mübarizə tədbirlərinin daha da genişləndirilməsi, uşaq hüquqlarının müdafiəsi üzrə müstəqil qurumun yaradılması, yaxud Ombudsman Aparatında uşaq hüquqlarının müdafiəsi üzrə şöbənin təşkili ilə bağlı məsələyə də toxunulub.

Görüşdə YUNİSEF-in Azərbaycan nümayəndəliyinin uşaqların müdafiəsi proqramının rəhbəri Munir Məmmədzadə iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR