Bank Of Baku

Lerikdə şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün tikilən yaşayış binası Novruz bayramı ərəfəsində istifadəyə veriləcək

Lerikdə şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün tikilən yaşayış binası Novruz bayramı ərəfəsində istifadəyə veriləcək
# 12 fevral 2010 19:00 (UTC +04:00)
Bakı. Ağəddin Babayev-APA. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Lerik şəhərində şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün tikilən 16 mənzilli ikimərtəbəli yaşayış binasında son tamamlanma işləri görülür.

Lerik Rayon İcra Hakimiyyəti aparatından APA-nın cənub bürosuna verilən məlumata görə, hazırda binanın qapı və pəncərələri quraşdırılır, döşəmə vurulur, elektrik xətləri çəkilir, suvaq işləri yerinə yetirilir. Obyektin Novruz bayramı ərəfəsində istifadəyə verilməsi nəzərdə tutulub.

Qarabağ Müharibəsi Əlilləri, Veteranlar və Şəhid Ailələri İctimai Birliyinin Lerik rayon şöbəsinin sədri Veysəl Məlikov isə bu yaxınlarda 4 nəfər Qarabağ müharibəsinin və 2 nəfər II Dünya müharibəsinin əlillərinə, ümumilikdə isə rayondan 22 nəfər imtiyazlı şəxsə “OKA” markalı minik maşının verildiyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR