Bank Of Baku

Bakı-Qazax magistral yolunda ağır avtomobil qəzası baş verib

Bakı-Qazax magistral yolunda ağır avtomobil qəzası baş verib
# 13 fevral 2010 09:25 (UTC +04:00)
Yevlax. Şahnəzər Bəşirov-APA. Bakı-Qazax yolunda hərəkət edən avtomobil yoldan çıxaraq aşıb. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə fevralın 13-də gecə saat 01:00 radələrində Bakı-Qazax magistral yolunun 288-ci kilometrliyində, Yevlax rayonu ərazisində baş verib. Yevlax şəhər sakini 1969-cu il təvəllüdlü Abışov Rəhman Tofiq oğlunun idarə etdiyi 10 GT 511 dövlət nömrə nişanlı “VAZ-2107” markalı minik avtomobili yoldan çıxaraq səkiyə çırpılıb və aşıb. Nəticədə sürücü Rəhman Abışov və sərnişin 1957-ci il təvəllüdlü Nəzərəliyev Elmar Yaqub oğlu müxtəlif bədən xəsarətləri ilə Yevlax Mərkəzi Şəhər Xəstəxanasına yerləşdirilib.
Hadisəyə qarlı-buzlu yolda sürücünün idarəetməni itirməsi səbəb olub. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR