Bank Of Baku

Bakıda 4-cü sinif şagirdləri arasında “Məktəbli kuboku”nun açılış mərasimi keçirilib

Bakıda 4-cü sinif şagirdləri arasında “Məktəbli kuboku”nun açılış mərasimi keçirilib
# 13 fevral 2010 13:14 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bu gün Bakının Səbayel rayonundakı 60 saylı orta məktəbin idman zalında AFFA, Təhsil Nazirliyi, “Azercell” və Səbayel rayon İcra Hakimiyyəti tərəfindən birgə təşkil olunan 4-cü sinif şagirdləri arasında “Məktəbli kuboku”nun açılış mərasimi keçirilib. APA-nın xəbərinə görə, mərasimdə iştirak edən AFFA rəhbərliyi və Azərbaycanın milli yığma futbol komandasının baş məşqçisi Berti Foqts, məşhur futbolçu İsgəndər Cavadov futbolun inkişafında gənc nəslin üzərinə düşən vəzifələrdən danışıblar. Onlar Azərbaycanda uşaq futbolunun inkişaf etdirilməsi üçün atılan addımlara da diqqəti yönəldiblər.

Qeyd edək ki, futbolun kütləviliyinin artırılması məqsədilə keçirilən tədbirdə Səbayel rayonunda yerləşən 16 orta məktəbin 4-cü sinif şagirdlərindən təşkil olunan komandalar yarışacaq. Komandalar 4 qrupda mübarizə aparacaq. Hər qrupda 4 komanda yer alacaq. Qrupda ilk iki yeri tutan komandalar 1/4 final mərhələsinə vəsiqə qazanacaq. Sonra yarımfinal və final (finaldan əvvəl üçüncü yer uğrunda oyun) qarşılaşmaları keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR