Bank Of Baku

Gəncədə “Döyüşə hazır ol!” devizi altında növbəti Qarabağ Forumu keçirilib

Gəncədə “Döyüşə hazır ol!” devizi altında növbəti Qarabağ Forumu keçirilib
# 13 fevral 2010 15:04 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bu gün Qarabağ Azadlıq Təşkilatı Gəncə şəhərində “Döyüşə hazır ol!” devizi altında növbəti Qarabağ Forumu keçirib. QAT-ın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, forumda QAT rəhbərliyi, QAT-ın Gəncə, Goranboy, Naftalan şöbələrinin, həmçinin yerli partiya və ictimai təşkilatların nümayəndələri, ziyalılar, bölgədə məskunlaşmış məcburi köçkün və qaçqınlar iştirak edib. Tədbirdə çıxış edən QAT Gəncə şöbəsinin sədri Arzu İsmayılov, QAT sədri Akif Nağı və digərləri işğal altında olan torpaqların yalnız hərbi yolla işğaldan azad etməyin mümkünlüyünü vurğulayıblar.

Forumda 5 müddəadan ibarət sənəd də qəbul olunub. Sənəddə qeyd olunub ki, Azərbaycan Qarabağ probleminin həlli yolunda beynəlxalq təşkilatların vasitəçiliyi ilə aparılan danışıqlardan imtina etməli, ölkənin maraqlarına cavab verməyən hər hansı sazişlə heç bir halda razılaşmamalıdır. Sənəddə o da bildirilib ki, Azərbaycan Qarabağın azad edilməsi üçün hərbi yolu seçdiyini rəsmi qaydada elan etməli və müharibəyə ciddi hazırlıq işlərinə başlamalıdır: “Ölkənin hər bir vətəndaşının düşmənə qarşı müqəddəs savaşa hazır olması üçün dövlət qurumları, ictimai və siyasi təşkilatlar, kütləvi-informasiya vasitələri, hər kəs tərəfindən geniş iş aparılmalı, hərbi-vətənpərvərlik işi yüksək səviyyəyə qaldırılmalıdır”.

Forum iştirakçılarına Qarabağ və müharibə tarixinə dair kitab və broşürlər paylanıb, sonra isə Şəhidlər Xiyabanı ziyarət edilib.

Qeyd edək ki, buna qədər QAT-ın təşəbbüsü ilə Bakıda, Quba-Xaçmaz, Ağdam-Bərdə-Tərtər bölgələrində forumlar keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR