Bank Of Baku

Kür və Araz transsərhəd çaylarında fevral ayının ilk ongünlüyündə keçirilən monitorinqlərin nəticələri açıqlanıb

Kür və Araz transsərhəd çaylarında fevral ayının ilk ongünlüyündə keçirilən monitorinqlərin nəticələri açıqlanıb
# 15 fevral 2010 07:07 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin, onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə fevral ayının I ongünlüyü üçün növbəti monitorinq həyata keçirib.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, fevralın I ongünlüyündə Kür çayında suyun sərfi yanvar ayının III ongünlüyünə nisbətən 6 m3/san azalaraq 207 m3/san təşkil edib. Monitorinqin nəticələrinə əsasən, Kür çayında Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olub. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini (YVQH) keçib. Belə ki, Şıxlı-2 məntəqəsində suyun əsas çirkləndiricilərindən fenollar və mis birləşmələri 2, Ağstafaçay məntəqəsində fenollar və mis birləşmələri 2, Ağstafaçay su anbarında isə fenollar 2, mis birləşmələri 3 dəfə yol verilən qatılıq həddini keçib.

Aparılan monitorinqin nəticələrinə görə Ermənistan ilə transsərhəd olan Araz çayında suyun sərfi 86,4 m3/san olub. Belə ki, Horadiz məntəqəsində suyun əsas çirkləndiricilərindən olan fenollar 3, mis birləşmələri 2, I Şahsevən məntəqəsində fenollar və mis birləşmələri 3, Bəhramtəpə məntəqəsində fenollar 3, mis birləşmələri 2 dəfə yol verilən qatılıq həddini keçib. Suyun oksigen rejimi bütün məntəqələrdə 6,65-7,78 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR