Bank Of Baku

“İrəli” İctimai Birliyinin Hüquq Mərkəzində “İnsan haqlarının məhkəmə müdafiəsi” mövzusunda görüş keçirilib

“İrəli” İctimai Birliyinin Hüquq Mərkəzində “İnsan haqlarının məhkəmə müdafiəsi” mövzusunda görüş keçirilib
# 15 fevral 2010 08:01 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. “İrəli” İctimai Birliyinin Hüquq Mərkəzində “İnsan haqlarının məhkəmə müdafiəsi” mövzusunda görüş keçirilib. Birliyin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Sahib Məmmədovla keçirilən görüşdə ekspert insan haqları, onun müasir müdafiə mexanizmləri, yerli və beynəlxalq məhkəmələr, onların səlahiyyətləri, məhkəmə presedentləri barədə danışıb. Azərbaycanda insan hüquqlarına dair qanunvericiliyin dünyanın qabaqcıl ölkələrinin praktikasına uyğunlaşdırıldığını qeyd edən S. Məmmədov ABŞ, Polşa praktikasına istinad edib. Dağlıq Qarabağ münaqişəsinə də hüquqi aspektdən toxunan ekspert insanlıq əleyhinə, soyqırım və hərbi cinayətlərin cinayət-hüquqi tövsifini verib. Sonra görüş iştirakçılarının mövzu ətrafında sualları cavablandırılıb. “İrəli” Hüquq Mərkəzi bu cür görüşlərin davam etdirməyi nəzərdə tutub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR