Bank Of Baku

Dövlət orqanlarının məsul vəzifəli şəxsləri üçün “İnsan resurslarının idarə edilməsi” mövzusunda təlimlər başlayıb

Dövlət orqanlarının məsul vəzifəli şəxsləri üçün “İnsan resurslarının idarə edilməsi” mövzusunda təlimlər başlayıb
# 15 fevral 2010 09:22 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya BMT-nin İnkişaf Proqramı ilə birgə dövlət orqanlarının məsul vəzifəli şəxsləri üçün “İnsan resurslarının idarə edilməsi” mövzusunda təlimlərə başlayıb. APA-nın məlumatına görə, təlimin açılış mərasimində çıxış edən BMT-nin Azərbaycandakı rezident əlaqələndirici Bruno Pueza bildirib ki, Azərbaycanda dövlət qulluğu xidməti inkişaf etməklə yanaşı, ilbəil onun səmərəsi də artır. Azərbaycanda dövlət qulluqçularının sayının azalmadığını, əksinə artdığını deyən B. Pueza dövlət qulluğunun inkişaf etməsinin əsas məqsədinin dövlət qulluğu strukturunun tam tələblərə cavab verməsi olduğunu deyib: “Dövlət qulluğunun inkişafı baxımından Azərbaycan bir sıra dövlətlərə nümunə ola bilər. Dövlət qulluğunun həyata keçirilməsi sahəsində islahatlar dəyişikliklər tələb edir. Söhbət insan resursları sahəsində baş verən dəyişikliklərdən gedir. İşçi resurslarının fəaliyyətinin lazımınca qiymətləndirilməsi, onların peşəkarlığının artırılması, lazımi iş mühitinin yaradılması mühümdür”.

Komissiyanın sədri Bəhram Xəlilov isə bildirib kİ, fəaliyyət göstərdiyi 3 il ərzində rəhbərlik etdiyi qurum dövlət qulluğuna qəbulda şəffaflığı və obyektliyi təmin edib. Komissiya sədri deyib ki, təlimlər 5 gün davam edəcək. Birinci gün təlimlərdə icra hakimiyyət orqanlarının aparat rəhbərləri, ikinci gün kadrlarla işləyən qurumların rəhbərləri, sonrakı günlərdə isə digər dövlət qurumları iştirak edəcək. Təlimlərdə Litvanın İdarəçilik İnstitutunun ekspertləri dövlət idarəçiliyində kadrlarının idarə edilməsi, liderlik rolu, qərar qəbul etmə bacarığı barədə mühazirələr oxuyacaqlar. Təlimlər dövlət qulluqçularının arzusu ilə keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR