Bank Of Baku

Küveytin “LOYAK” Gənclər Təşkilatının sədr müavini yerli mətbuatda Azərbaycan haqqında yazı dərc etdirib

Küveytin “LOYAK” Gənclər Təşkilatının sədr müavini yerli mətbuatda Azərbaycan haqqında yazı dərc etdirib
# 15 fevral 2010 09:49 (UTC +04:00)
Bakı. İbad Bağırov - APA. Fevralın 2-dən 8-dək Azərbaycanda səfərdə olmuş Küveytin “LOYAK” Gənclər Təşkilatının sədr müavini Fəriə Əl-Səqqaf mətbuatda Azərbaycan haqqında məqalə dərc etdirib. APA-nın xəbərinə görə, Küveytin “Əl-Qəbs” qəzetində dərc olunmuş məqalədə xanım Fəriə Əl-Səqaf Azərbaycan Gənclər və İdman Nazirliyinin dəvəti ilə Bakıya getdiklərini söyləyib və səfər zamanı nümayəndə heyətinə göstərilən qayğıya görə Azərbaycan hökumətinə minnətdarlığını edib. O, Azərbaycanın neftlə zəngin ölkə olduğunu, həmçinin zəngin tarixə, qədim mədəniyyətə, tarixi-memarlıq abidələrinə malik dövlət olduğunu bildirib. Fəria Əl-Səqaf “LOYAK” Gənclər Təşkilatının bu səfərdən çox faydalandığını, Azərbaycan gəncləri ilə Küveyt gəncləri arasında sıx dostluq əlaqələri qurulduğunu vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR