Bank Of Baku

Azərbaycan ərazisində havanın temperaturu yüksələcək

Azərbaycan ərazisində havanın temperaturu yüksələcək
# 15 fevral 2010 10:06 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan APA-ya verilən məlumata görə, cənub-qərb küləyi əsəcək, günün ikinci yarısında yarımadanın bəzi yerlərində güclənəcək. Havanın temperaturu gündüz 7-9 dərəcə, axşam 3-5 dərəcə isti olacaq.

Fevralın 16-da havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, axşam buludluluğun artacağı, gecəyə doğru bəzi yerlərdə az yağış yağacağı ehtimalı var. Arabir güclənən cənub-qərb, qərb küləyi əsəcək, günün ikinci yarısında şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 2-4 dərəcə, günün birinci yarısında 10-15 dərəcə, axşama doğru 6-8 dərəcə isti olacaq.

Fevralın 17-də buludlu hava şəraiti üstünlük təşkil edəcək. Bəzi yerlərdə az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək, günün ikinci yarısında şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 1-3 dərəcə, gündüz 5-7 dərəcə isti olacaq.

Fevralın 18-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi gündüz cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 1-3 dərəcə, gündüz 6-8 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında fevralın 16-da hava əsasən yağmursuz keçəcək, cənub-qərb, qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-3 dərəcə, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, günün birinci yarısında 6-10 dərəcə, günün ikinci yarısında 3-5 dərəcə isti olacaq.

Fevralın 17-18-də havanın bəzi yerlərdə yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı, fevralın 18-də gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 6-9 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 0-4 dərəcə isti olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR