Bank Of Baku

AMEA-nın institut direktoru vəfat edib

AMEA-nın institut direktoru vəfat edib
# 15 fevral 2010 10:51 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Memarlıq və İncəsənət İnstitutunun direktoru Rasim Əfəndiyev fevralın 13-də 82 yaşında vəfat edib. AMEA-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, R. Əfəndiyev 1928-ci il oktyabr ayının 30-da Qazaxda anadan olub. O, Bakı şəhərində orta məktəbi bitirdikdən sonra 1944-1950-ci illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində oxuyub, daha sonra isə Leninqrad Dövlət Rəssamlıq İnstitutunun incəsənət nəzəriyyəsi və tarixi fakültəsində ali təhsil alıb. Əmək fəaliyyətinə 1955-ci ildən Azərbaycan Dövlət İncəsənət Muzeyində Azərbaycan və Şərq incəsənəti şöbəsinin müdiri kimi başlayan R. Əfəndiyev 1965-ci ildən taleyini AMEA ilə bağlayaraq Memarlıq və İncəsənət İnstitutunda kiçik elmi işçi, baş elmi işçi, şöbə müdiri və direktor müavini olub, 1996-cı ildən ömrünün sonunadək həmin institutun direktoru vəzifəsində çalışıb.

O, 1989-cu ildə AMEA-nın müxbir üzvü, 2001-ci ildə həqiqi üzvü seçilib. Alimin müxtəlif ölkələrdə Azərbaycanın maddi mədəniyyəti və xalq sənətinin müxtəlif sahələrinə həsr etdiyi 30-dan artıq kitabı və 200-dən çox məqaləsi çap olunub. R. Əfəndiyev Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR