Bank Of Baku

Yaponiya hökumətinin yardımı ilə Biləsuvarda idman vəsaitlərinin təkmilləşdirilməsi layihəsi həyata keçirilib

Yaponiya hökumətinin yardımı ilə Biləsuvarda idman vəsaitlərinin təkmilləşdirilməsi layihəsi həyata keçirilib
# 15 fevral 2010 12:10 (UTC +04:00)
Bakı.Laçın Sultanova-APA. Yaponiya hökumətinin yardımı ilə Biləsuvar rayonunda karate və cüdo idman vəsaitlərinin təkmilləşdirilməsi layihəsi həyata keçirilib. APA-nın məlumatına görə, layihə Yaponiya hökumətinin «Mədəniyyət üzrə ot kökləri qrant yardımı proqramı» çərçivəsində həyata keçirilib. Fevralın 16-da layihənin bitməsi ilə əlaqədar Biləsuvar rayonu 2 saylı məktəbdə tədbir keçiriləcək. Mərasimdə Yaponiyanın Azərbaycandakı səfirliyinin müşaviri Toşikazu Muto, rayon icra hakimiyyətinin başçısı və digər rəsmi şəxsləri iştirak edəcəklər.

Ümumi dəyəri 95 min 375 ABŞ dolları olan layihənin əsas məqsədi Biləsuvar rayonunda karate və cüdonun öyrənilməsində ehtiyac duyulan idman vəsaitlərinin təkmilləşdirilməsi və beləliklə də bu idman növlərinin öyrənilməsini inkişaf etdirməkdir. Bu məqsədlə Biləsuvarda 3 məktəb cüdo üçün tatami, formalar, karate üçün döşəmə və formalarla təchiz olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR