Bank Of Baku

Azərbaycandan İrana getmək istəyənləriin sayı çoxalıb

Azərbaycandan İrana getmək istəyənləriin sayı çoxalıb
# 15 fevral 2010 12:48 (UTC +04:00)
Astara. Ağəddin Babayev – APA. Astara keçid məntəqəsindən İran İslam Respublikasına keçmək istəyən Azərbaycan vətəndaşlarının sayı gündən-günə çoxalır. APA-nın cənub bürosunun məlumatına görə, bu gün Astara Gömrük keçid məntəqəsinin qarısında 1000-ə yaxın Azərbaycan vətəndaşı sərhədi keçmək üçün növbəyə düzülüb. Astara Sərhəd - Buraxılış Məntəqəsinin rəisi Vüsal Musayev jurnalistlərə açıqlamasında ötən həftə ərzində 600-dək vətəndaşın İran tərəfinə keçdiyi halda, təkcə bu gün artıq 550 nəfər Azərbaycan vətəndaşının, həmçinin 150 nəfərə kimi İran vətəndaşının qonşu ölkəyə keçdiyini söyləyib. Onun sözlərinə kimi, axşam saat 20.00 radələrinədək daha 200-250 nəfərin İrana keçəcəyi gözlənilir.
APA-nın bölgə müxbirinin müşahidələri zamanı İrana keçmək istəyənlərin növbə prinsiplərinə əməl etməmələri və bunun qarmaqarışıqlığa səbəb olduğu məlum olub.

Qeyd edək ki, fevral ayının 1-dən etibarən İran İslam Respublikası bu ölkəyə getmək istəyən Azərbaycan vətəndaşları üçün vizasız rejim tətbiq edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR