Bank Of Baku

Məleykə Abbaszadə Fransada işgüzar səfərdədir

Məleykə Abbaszadə Fransada işgüzar səfərdədir
# 15 fevral 2010 13:39 (UTC +04:00)
Bakı – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə İAEA (Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiya) İcraiyyə Komitəsinin fevralın 15-də Paris şəhərində başlayan iclasında iştirak etmək üçün Fransaya gedib. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda İAEA-nın fəaliyyəti ilə bağlı gündəlik məsələlər, İcraiyyə Komitəsi üzvlərinin hesabatı, cari ilin sentyabr ayında assosiasiyanın Tailandda keçiriləcək 36-cı beynəlxalq konfransına hazırlıq müzakirə ediləcək. Tədbirdə həmçinin ayrı-ayrı ölkələrin təhsil sistemində qiymətləndirmə ilə bağlı mexanizmlər, qayda və standartlar, habelə müxtəlif qiymətləndirmə sistemlərinin müqayisəli təhlili, müzakirəsi və uyğunlaşdırılması istiqamətində fikir mübadiləsi aparılacaq. Toplantı fevralın 21-də başa çatacaq.

Qeyd edək ki, M. Abbaszadə 2007-ci ildən İAEA İcraiyyə Komitəsinin həqiqi üzvüdür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR