Bank Of Baku

Azərbaycanda qida zəhərlənmələri azalıb

Azərbaycanda qida zəhərlənmələri azalıb
# 15 fevral 2010 13:39 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. 2009-cu ildə Azərbaycanda idarə olunan xəstəliklər hesab olunan polimelit, məxmərək, qızılca kimi xəstəliklər qeydə alınmayıb. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu barədə nazirliyin sanitar-epidemioloji nəzarət sektorunun müdiri Viktor Qasımov 2009-cu ilin yekunlarına həsr olunmuş geniş kollegiya iclasında deyib. O bildirib ki, ötən il difteriya, göy öskürək və tetanus kimi yoluxucu xəstəliklər sporadik şəkildə qeydə alınıb. Görülən tədbirlər nəticəsində 2009-cu ildə 2008-ci illə müqayisədə qida zəhərlənmələri 40 faiz, zərərçəkənlərin sayı isə 50 faizədək azalıb.

Sektor müdirinin sözlərinə görə, son vaxtlar əhalinin narahatlığına səbəb olan, eyni zamanda Dünya Səhiyyə Təşkilatı tərəfindən pandemiya elan edilmiş A/H1N1 virusunun ölkə ərazisində yayılmasının qarşısını almaq məqsədilə Taun Əleyhinə Stansiyanın laboratoriyasında 2772 laborator müayinə aparılıb və 14 nəfərin bu virusa yoluxduğu təsdiq edilib. Bütün xəstələr sağalaraq evə buraxılıb. Bundan əlavə, yüksək keyfiyyətli peyvəndlə əhalinin risk qruplarının immunlaşdırılması tədbirlərinə başlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR