Bank Of Baku

Region gənclərinin iş tapmasını asanlaşdırmaq üçün “İnformasiya təminatı və məlumat xidməti” yaradılacaq

Region gənclərinin iş tapmasını asanlaşdırmaq üçün “İnformasiya təminatı və məlumat xidməti” yaradılacaq
# 15 fevral 2010 13:57 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Gənclər üçün Təhsil Mərkəzi Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə bu ilin yanvar ayından “Region gənclərinin məşğulluq imkanlarının artırılmasına dəstək” layihəsinin icrasına başlayıb. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, əsas məqsədi məhz region gənclərinin işsizlik probleminin aradan qaldırılmasına, onların məşğulluq imkanlarının artırılmasına və genişləndirilməsinə kömək etmək olan layihə 10 regionda həyata keçirilir. Sabirabad, Saatlı, Kürdəmir, Ucar, Şirvan, Hacıqabul, İmişli, Beyləqan, Biləsuvar və Füzuli rayonlarını əhatə edən layihə əsasən bu regionlarda məşğulluq imkanları tamamilə zəif olan gənclərlə işləməyi nəzərdə tutub. Layihə çərçivəsində həmin gənclər üçün müxtəlif təlim proqramları və məsləhət xidməti təşkil olunur. Layihə başladığı vaxtdan bu günə kimi 1400 gənci əhatə edə bilib.
Təlim proqramlarında region gəncləri üçün iş tapmağın yolları, iş üçün müraciət qaydaları, müvafiq sənədlərin hazırlanması, müsahibələrdə iştirak və davranış qaydaları, ünsiyyət qurmaq bacarığı və s. mövzular tədris edilir. Təlim proqramları zamanı istifadə edilən zəruri bilgilər vahid ədəbiyyat halında tərtib edilərək, region gənclərinə paylanılır.
Layihə çərçivəsində region gənclərinin fərdi qaydada məsləhət və informasiya almasına kömək etmək üçün yaxın günlərdə “İnformasiya təminatı və məlumat xidməti” də yaradılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR