Bank Of Baku

“Naxçıvan folklor antologiyası” çap olunub

“Naxçıvan folklor antologiyası” çap olunub
# 16 fevral 2010 08:15 (UTC +04:00)
Naxçıvan. Nicat Əliyev—APA Naxçıvan Muxtar Respublikasının (MR) qədim folklor nümunələrini özündə əks etdirən “Naxçıvan folklor antologiyası” (I cild) çap olunub. AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutundan APA-ya verilən məlumata gərə, ötən dövr ərzində muxtar respublika ərazisində toplanılan ilkin folklor mətnləri sistemləşdirilərək artıq oxuculara təqdim olunub.

Yeni nəşrdə təqdim olunan materiallar 29 janr üzrə sistemləşdirilib. Antologiyada muxtar respublika ərazisində yayılan miflər, mərasimlər, atalar sözləri və məsəllər, rəvayətlər, bayatılar, mahnı və digər folklor janrları yer alıb. Kitabda Naxçıvanın Folklor Xəritəsi dərc olunub, folklor nümunələrini söyləyənlər və toplayıcılar haqqında məlumatlar verilib.

İnstitutdan bildiriblər ki, antologiyanın II cildinin hazırlanması üçün folklor materiallarının toplanılması, folklorşünaslığın tarixi və nəzərə məsələləri ilə bağlı araşdırmaların aparılması işi davam etdiriləcək.

Qeyd edək ki, antologiyanın hazırlanılması Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun “Naxçıvan Muxtar Respublikasında xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” sərəncamına əsasən həyata keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR