Bank Of Baku

Azərbaycan hökumətinə qızların nikah yaşı həddinin 18 yaşa qaldırılması ilə bağlı təklif təqdim olunub

Azərbaycan hökumətinə qızların nikah yaşı həddinin 18 yaşa qaldırılması ilə bağlı təklif təqdim olunub
# 16 fevral 2010 08:44 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. Bu gün Bakıda Azərbaycanda erkən nikahlarla bağlı vəziyyətin monitorinqinin nəticələrinin təqdimatı olub. APA-nın məlumatına görə, 2008-2009-cu illərdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi BMT Uşaq Fondunun Azərbaycandakı nümayəndəliyinin dəstəyi ilə erkən nikahların durumu ilə bağlı monitorinq keçirib. Müşahidələr Azərbaycanın dörd bölgəsində - Abşeron, Quba, Lənkəran və Ağstafada aparılıb. Bu bölgələrdə 488 respondentdən ibarət 40 fokus qrupu müşahidə prosesinə cəlb olunub. Respondentlər erkən nikaha girən şəxslər və onların valideynlərindən ibarətdir. Müşahidə prosesi çərçivəsində psixoloqların, polislərin, hüquqşünasların, sosial işçilərin, müəllimlərin bu problemə baxışları da öyrənilib.

Təqdimat mərasimində çıxış edən UNİSEF-in uşaqları müdafiə proqramının rəhbəri Munir Məmmədzadə bildirib ki, müşahidələr zamanı erkən nikaha daxil olmaların üç əsas səbəbi müəyyənləşib. Bu səbəblər gənclərin erkən nikaha marağı, mürəkkəb sosial situasiya və valideynlərin təzyiqi kimi üç istiqamətdə qruplaşır. Bununla əlaqədar erkən nikah probleminin aradan qaldırılması üçün Azərbaycan hökumətinə təkliflər təqdim olunub. Təkliflərdən biri qızların nikah yaşı həddinin 17-dən 18-ə qaldırılması ilə əlaqədardır. Munir Məmmədzadə həmçinin yeniyetmələr və valideynlər arasında bu məsələ ilə əlaqədar maarifləndirici işin aparılmasıdır. Onun sözlərinə görə, qızların erkən yaşlarda nikaha girməsinin səbəblərindən biri tam təhsil almaq imkanının olmamasıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR