Bank Of Baku

Son səkkiz ildə Azərbaycanda boşanmaların sayı 2 dəfə artıb

Son səkkiz ildə Azərbaycanda boşanmaların sayı 2 dəfə artıb
# 16 fevral 2010 09:01 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. “Qızların nikaha girmə yazşının qaldırılması ilə bağlı məsələ Milli Məclisin gündəmində olan müzakirə mövzularından biridir. Bu müzakirələrdə təkcə deputatlar deyil, qeyri-hökumət təşkilatlarının nümayəndələri və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşları da iştirak edirlər. Bəzi şəxslər nikah yaşının 16-17 yaş həddində saxlanmasına tərəfdardır, digərləri isə bu yaş həddini 18-ə qaldırmağı təklif edir. Bununla bağlı fikirlər haçalanır”. APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli verib. Onun sözlərinə görə, müzakirə olunan bu məsələ ilə bağlı komitənin öz fikirləri var: “Biz bu gün Ailə Məcəlləsinə 40-dək dəyişiklik və əlavələr etməyi planlaşdırırıq. Burada mübahisəli məqamlar var. Onlardan biri qızların nikaha girmə yaşına qoyulan hədlə bağlıdır. Biz hesab edirik ki, bu yaş həddi 18-ə qaldırılmalıdır. Bugünkü müşahidələri aparan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bizim bu mövqeyimizi bölüşür. Biz bu məsələni parlamentin müzakirəsinə çıxarmaq niyyətindəyik. Və o zaman siz görəcəksiniz ki, bu məsələ ilə bağlı fikirlər çox fərqlidir və hər tərəfin öz arqumentləri var. Lakin şəxsən mən hesab edirəm ki, yaş həddinin 18-ə qaldırılması daha sivil addımdır və günün reallıqlarına cavab verir. Lakin burada iki istisna ola bilər – qızın hamiləliyi və uşaq doğulması”.

Hadı Rəcəbli narahatlıq doğuran bəzi statistik məlumatlar da açıqlayıb: “Ötən il Azərbaycanda bağlanan 90 min nikahdan 5 mini erkən nikahların payına düşür. Bu, çox narahatlıq doğuran faktdır. Digər tərəfdən əgər 2002-ci ildə nikaha girənlərin 5 faizi sonradan boşanırdısa, 2009-cu ildə bu rəqəm 10 faizə çatıb, yəni iki dəfə çoxalıb. Ötən il dünyaya gələn 155 min körpənin 26 min nəfəri nikahdankənar doğulub”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR