Bank Of Baku

Milli QHT Forumunun ötən ildəki fəaliyyətinə həsr olunan hesabat konfransı keçirilib

Milli QHT Forumunun ötən ildəki fəaliyyətinə həsr olunan hesabat konfransı keçirilib
# 16 fevral 2010 09:08 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Bu gün Milli QHT Forumunun 2009-cu ildəki fəaliyyətinə həsr olunan hesabat konfransı keçirilib. APA-nın xəbərinə görə, tədbirdə çıxış edən Milli QHT Forumunun sədri Rauf Zeyni deyib ki, ötən il qurumum fəaliyyəti uğurlu olub. Onun sözlərinə görə, ötən il QHt nümayəndələrinin iştirakı ilə 5 geniş miqyaslı tədbir keçirilib, bu tədbirlərdə 500-ə yaxın vətəndaş cəmiyyəti qurumlarının nümayəndələri, millət vəkilləri, beynəlxalq təşkilatlarının təmsilçiləri iştirak edib: “Bundan başqa, QHT-lərin fəaliyyətinin on illiyinə həsr olunan kitab nəşr olunub. Biz həmçinin, Türkiyə-Ermənistan sərhədlərinin açılmasının əleyhinə tədbirlərdə iştirak etmişik”.

R. Zeyni deyib ki, onlar yaxın vaxtlarda ki, türk dünyası ölkələrinin QHT-lərinin birgə forumunu keçirmək niyyətindədirlər: “Bu forumla bağlı bir sıra danışıqlar aparılıb, razılıqlar alınıb. Ola bilər ki, belə bir forum apreldə keçirilsin. Tədbirə bütün türk dünyasını əhatə edən təşkilatlar dəvət olunacaq. İstəyirik ki, həmin tədbirdə bu təşkilatların gələcək əməkdaşlığı məsələlərini də müzakirə edək”.

R. Zeyni Milli QHT Forumunun fəaliyyətinin daha da gücləndirilməsi istiqamətində işin davam etdiriləcəyini deyib.

Qeyd edək ki, Milli QHT Forumunda 536 təşkilat təmsil olunur, onlardan 150-dək regional QHT-lərdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR