Bank Of Baku

QHT-lərin qeydiyyat məsələlərini araşdıran işçi qrup yaradılacaq

QHT-lərin qeydiyyat məsələlərini araşdıran işçi qrup yaradılacaq
# 16 fevral 2010 09:24 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev-APA. Ədliyyə Nazirliyi və Milli QHT Forumunun nümayəndələrindən ibarət işçi qrup yaradılacaq. APA-nın xəbərinə görə, bu barədə Milli QHT Forumunun sədri Rauf Zeyni keçirdiyi mətbuat konfransında məlumat verib. Onun sözlərinə görə, sözügedən işçi qrup QHT-lərin qeydiyyatı məsələlərini araşdıracaq, bu sahədəki prosesi daha da sürətləndirəcək.

R. Zeyni, həmçinin QHT-lərin Maliyyə Nazirliyinə hesabat təqdim etdiyini, bu hesabatı gecikdirənlərə 1500-2000 min manata qədər cərimə tətbiq edildiyini deyib. Onun sözlərinə görə, bu cərimələrin məbləğinin çoxluğu QHT-lərdə haqlı narazılıqlar yaradıb: “Bu məsələləri müzakirə etmək üçün müvafiq qurumların iştirakı ilə toplantı keçirmək istəyirik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR