Bank Of Baku

İslam İnkişaf Bankı doktorantura təhsil proqramına start verib

İslam İnkişaf Bankı doktorantura təhsil proqramına start verib
# 16 fevral 2010 10:29 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva - APA-Economics. İslam İnkişaf Bankı 2010-2011-ci illər üzrə Təqaüd Proqramı çərçivəsində 3 illik doktorantura təhsil proqramını təşkil edib.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov «APA-Economics»ə bildirib ki, proqramda iştirak etmək istəyən namizədlər doldurulmuş müraciət formalarını 3 gün ərzində nazirliyin Strateji planlaşdırma və elmi potensial şöbəsinə təqdim etməlidirlər.

Təqaüd proqramı çərçivəsində təqdim olunan ixtisas və tədqiqat sahələri bunlardır:
• Lazer və fiberoptika
• Naqil və yarımnaqillər
• Polimerlər
• Gen mühəndisliyi / Biotexnologiya
• Nüvə fizikası / Mühəndislik
• Elektronika / Mirkoelektronika / Telekommunikasiya
• Kompüter elmləri (Avtomatlaşdırılmış proyektləşdirmə / Avtomatlaşdırılmış istehsal daxil olmaqla)
• Bərpa olunan enerji mənbələri / Yanacaq texnologiyası
• Hidrologiya / Su resursları
• Metallurgiya
• Kimya mühəndisliyi / Materiallar haqqında elm
• Tibb / Dərman vasitələri
• Kənd təsərrüfatı / Yeyinti texnologiyası
• Sistem mühəndisliyi
• Kosmik fəza haqqında elm / Texnologiya
• Ətraf mühitin qorunması texnologiyası
• Texnologiya və innovasiyaların idarə olunması (ancaq gənc alimlər üçün)

Əlavə məlumat almaq üçün 598-07-36 saylı telefona və İslam İnkişaf Bankının rəsmi internet səhifəsinə müraciət etmək olar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR