Bank Of Baku

Bu gün Azərbaycan paytaxtında anomal isti müşahidə olunub, temperatur 20 dərəcəyə yüksəlib

Bu gün Azərbaycan paytaxtında anomal isti müşahidə olunub, temperatur 20 dərəcəyə yüksəlib
# 16 fevral 2010 11:50 (UTC +04:00)
Bu barədə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Umarya Tağıyeva bildirib. Onun sözlərinə görə, bu, rekord göstərici olmasa da, son 20 ildə cəmi 4 dəfə fevral ayında temperatur müsbət 20 dərəcəyə çatıb. Analoji hal 1991, 1992, 2002, 2005-ci illərdə müşahidə olunub. U. Tağıyevanın sözlərinə görə, havanın temperaturunun anomal yüksəlməsinə səbəb cənub axınları ilə isti hava kütlələrinin ölkə ərazisində daxil olmasıdır.

Hazırda Qara dəniz rayonlarından siklonun Xəzər dənizinin şimalına keçməsi nəticəsində ölkə ərazisində cənub küləyinin güclənməsi müşahidə olunur. Bunun nəticəsində paytaxtda cənub küləyinin sürəti 28-30, Daşkəsəndə 32, Altıağacda 27, Yardımlıda 25, Gədəbəydə 23 metr/san-yə çatıb. U. Tağıyeva deyib ki, günün ikinci yarısında cənub küləyinin şimal küləyi ilə əvəz olunacağı gözlənilir. Bu gün axşam saatlarında və fevralın 17-nə keçən gecə paytaxtda və ölkə ərazisində güclü şimal küləyi davam edəcək. Fevralın 17-də gündüz saatlarında küləyin sürəti zəifləyəcək. Cənub küləyinin şimal küləyi ilə əvəz olunması nəticəsində bu gün axşam saatlarında havanın temperaturunun da düşəcəyi və norma daxilində tərəddüd edəcəyi gözlənir. Sabah gündüz saatlarında paytaxtda temperatur iqlim norması daxilində müsbət 6-8 dərəcə isti təşkil edəcək.

U. Tağıyevanın sözlərinə görə, temperaturun yüksəlməsindən daha çox insan səhhəti üçün təhlükəli olan dünən və bu gün atmosfer təzyiqinin kəskin aşağı düşməsidir: “Dünən və bu gün atmosfer təzyiqi 10-12 millimetr civə sütunu aşağı enib. Bu eniş qısa müddət ərzində baş verib. Bu gün axşama doğru atmosfer təzyiqinin yenidən kəskin yüksələcəyi gözlənilir. Atmosfer təzyiqinin belə tərəddüdləri metohəssas insanlar üçün əlverişsiz hava şəraiti hesab olunur”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR