Bank Of Baku

Bakıda İngilis dili festivalı keçirilib - FOTO

Bakıda İngilis dili festivalı keçirilib - <font color=red>FOTO</font>
# 16 fevral 2010 11:52 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. ABŞ-ın Azərbaycandakı səfirliyinin və Təhsil Nazirliyinin dəstəyi ilə, “AZUS Xaricdə” Təhsil Şirkəti “English Festival” adlı yeni layihəyə həyata keçirib. APA məlumatına görə, Musiqili Komediya Teatrında Azərbaycanın tanınmış bəstəkarları, müğənnilərindən ibarət olan münsiflər heyətinin iştirakı ilə festivalın final mərhələsi keçirilib. Toplantıda qeyd olunub ki, müasir həyatımızda ingilis dilinə tələbatın artdığını nəzərə alaraq, bu proqram azərbaycanlı şagirdlərin ingilis dilini öyrənməsinə kömək edəcək.

Qeyd edək ki, münsiflər heyətində xalq artisti Faiq Ağayev, bəstəkar Gövhər Həsənzadə, ABŞ səfirliyinin nümayəndəsi Brent Mayer, “AZUS Xaricdə” təhsil şirkətinin rəhbəri Zahir Əlişov təmsil olunub. Heyət tamaşa, mahnı, şeir və inşa nominasiyasında qalibləri seçiblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR