Bank Of Baku

Viza rejimi ləğv edildikdən sonra İrana gedən Azərbaycan vətəndaşlarının sayı iki dəfə artıb

Viza rejimi ləğv edildikdən sonra İrana gedən Azərbaycan vətəndaşlarının sayı iki dəfə artıb
# 16 fevral 2010 11:56 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev - APA. “Hər gün 550-yə yaxın Azərbaycan vətəndaşı İrana səfər edir”. Bunu APA-ya açıqlamasında İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin mətbuat katibi Abbas İsgəndəri deyib. O bildirib ki, səfir Məhəmməd Bagir Bəhrami İran tərəfinin Azərbaycan vətəndaşları üçün viza rejimini ləğv etməsindən əvvəl iki ölkə arasındakı gömrük-keçid məntəqələrində (Astara, Biləsuvar və Naxçıvan Muxtar Respublikası) olub. Səfir yerli gömrük məmurları ilə görüşüb. Gömrükçülər viza rejiminin götürüləcəyi təqdirdə heç bir çətinliyin yaranmayacağını söyləyiblər.

A. İsgəndəri gömrük-keçid məntəqələrində bəzən növbələrin olmasını, problemlərin yaranmasını təbii hal adlandıraraq bunu həm əlverişsiz hava şəraiti, həm də İrana getmək istəyən Azərbaycan vətəndaşlarının sayının kəskin artması ilə izah edib. O, Azərbaycan vətəndaşlarının daha çox ziyarət, qohum-əqrəbalarla görüş və ticarət məqsədilə İrana səfər etdiklərini vurğulayıb.

Qeyd edək ki, İran hökuməti fevralın 1-dən etibarən Azərbaycan vətəndaşları üçün viza rejimin birtərəfli qaydada ləğv edib. Viza rejiminin ləğvindən əvvəl gün ərzində 200-250 Azərbaycan vətəndaşı İrana keçirdisə, indi onların sayı iki dəfə artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR