Bank Of Baku

Azərbaycanın qərb bölgəsində əsən güclü külək fərdi və inzibati tikililərə ziyan vurub

Azərbaycanın qərb bölgəsində əsən güclü külək fərdi və inzibati tikililərə ziyan vurub
# 16 fevral 2010 12:04 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Azərbaycanın qərb bölgəsində əsən güclü külək problemlər yaradıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi internet səhifəsinə istinadən məlumatına görə, nazirliyə daxil olan məlumata əsasən, 15-16 fevral 2010-cu il tarixlərində axşamdan başlayaraq respublikanın Daşkəsən və Gədəbəy rayonlarında hava şəraiti kəskin dəyişib və saniyədə 23-32 metr surətlə cənub-qərb küləyi əsib.
Nəticədə, qeyd olunan rayonlarda bəzi fərdi və inzibati obyektlərə, həmçinin, elektrik təsərrüfatlarına ziyan dəyib.
Hazırda yerlərdə dəymiş ziyanın araşdırılması və nəticələrinin aradan qaldırılması istiqamətində tədbirlər görülür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR