Bank Of Baku

Azərbaycanda 70 min nəfər “donuz qripi”nə qarşı peyvənd edilib

Azərbaycanda 70 min nəfər “donuz qripi”nə qarşı peyvənd edilib
# 16 fevral 2010 13:18 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Azərbaycanda 70 min nəfərdən çox insan A/H1N1 virusuna (“donuz qripi”) qarşı peyvənd edilib. Bu barədə APA-ya Səhiyyə Nazirliyinin sanitar-epidemioloji nəzarət sektorunun müdiri Viktor Qasımov bildirib. Onun sözlərinə görə, bu, ölkə üzrə birinci partiyada peyvənd olunacaq şəxslərin təxminən 45 faizi deməkdir. Paytaxtda isə peyvənd olunacaq şəxslərin 80 faizi artıq bu prosesə cəlb olunub. V. Qasımov deyib ki, Azərbaycanda “donuz qripi”nə peyvəndləmənin birinci mərhələsi bu həftənin sonunda başa çatacaq.

Sektor müdirinin sözlərinə görə, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) “donuz qripi”nə qarşı immunlaşmanın davam etməsi ilə bağlı tövsiyəsi nəzərə alınacaq. Lakin hələlik virusa qarşı vaksinlərin növbəti partiyasının Azərbaycana nə zaman gətiriləcəyi dəqiqləşməyib. Növbəti partiyada da Azərbaycana 170 min doza həcmində vaksin göndəriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR