Bank Of Baku

Ali məktəblərə sənəd qəbulu apreldə başlayacaq

Ali məktəblərə sənəd qəbulu apreldə başlayacaq
# 24 fevral 2010 10:57 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. “Ötən il ali məktəblərdə 10 minə yaxın plan yeri dövlət tərəfindən maliyyələşdirilmişdi. Bu il də təxminən o qədər yerin dövlət tərəfindən maliyyələşdiriləcəyi gözlənilir. Amma bu pullar ali məktəblərə əvvəlki kimi ilin əvvəlində verilməyəcək. Hazırda müvafiq nazirliklər tərəfindən əmək bazarındakı vəziyyət araşdırılır”. APA-nın məlumatına görə, bu sözləri Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, dövlət tərəfindən maliyyələşdirilən ixtisaslar bəlli olduqdan sonra bu siyahı TQDK-ya təqdim ediləcək. TQDK isə həmin ixtisaslara sahib olmaq üçün nə qədər bal tələb edildiyini müəyyənləşdirəcək.

M. Abbaszadə dövlət tərəfindən maliyyələşdirilən ixtisasların siyahısının martın 15-dək TQDK-ya təhvil veriləcəyini söyləyib: “Bu proses addım-addım davam edəcək. Bu il hər ixtisasda dövlət tərəfindən müəyyən qrantlar olacaq. Gələcəkdə əmək bazarının tələbindən asılı olaraq müəyyən ixtisaslarda 10 faiz, müəyyən ixtisaslarda 100 faiz ödənişsiz qrantlar tətbiq olunacaq”.

M. Abbaszadənin sözlərinə görə, TQDK aprel ayında ali məktəblərə sənəd qəbuluna start verəcək: “Bəlkə də sənəd qəbulu mart ayında başlandı. Qəbul imtahanları isə iyunun axırı, iyulun əvvəlində keçiriləcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR