Bank Of Baku

Mərakeşin Azərbaycandakı səfiri AMEA-nın Şərqşünaslıq İnstitutunda olub

Mərakeşin Azərbaycandakı səfiri AMEA-nın Şərqşünaslıq İnstitutunda olub
# 24 fevral 2010 11:47 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda Mərakeşin Azərbaycandakı səfiri Həssan Hami ilə görüş keçirilib. İnstitutdan APA-ya verilən məlumata görə, səfir ilk olaraq Şərqşünaslıq İnstitutunun direktoru, millət vəkili, professor Gövhər Baxşəliyeva ilə görüşüb.
G. Baxşəliyeva rəhbərlik etdiyi elmi müəssisədə ərəbşünaslıq sahəsində aparılan tədqiqatlar barədə ümumi məlumat verib. O, “Ərəb filologiyası”, “Ərəb ölkələrinin tarixi və iqtisadiyyatı”, “Yazılı abidələrin tədqiqi və nəşri” və “Din və ictimai fikir” şöbələrində alimlərin ərəb ədəbiyyatı, dili, tarixi, mədəniyyəti, ictimai fikri ilə bağli araşdırmalar apardıqlarını qeyd edib. G. Baxşəliyeva institutda ərəb ölkəklrindən daha çox Misir, Livan, Suriya, İraq, eləcə də Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Əlcəzairlə bağlı tədqiqatların aparıldığını bildirərək, gələcəkdə Mərakeşin də bu sıraya daxil olacağına ümid etdiyini söyləyib və bu istiqamətdə qarşılıqlı elmi əlaqələrin yaradılması, alimlərin elmi ezamiyyətlərinin təşkil olunması, birgə konfransların keçirilməsinin vacibliyini qeyd edib.
Həssan Hami əvvəllər ölkəsində universitet professoru və jurnalist kimi fəaliyyət göstərdiyindən, Bakıda da Azərbaycan elminə böyük marağı olduğunu deyib, imkan olduqca burada da elmi işlərlə məşğul olmaq, zəngin əlyazmalar fondu ilə yaxından tanış olmaq istədiyini bildirib. Həssan Hami Şərqşünaslıq İnstitutunun ölkəsinin elmi müəssisələri ilə birbaşa əlaqələr yaratmasına kömək göstərməyə hazır olduğunu bildirib.
Daha sonra səfir Şərqşünaslıq İnstitutunda çalışan ərəbşünas alimlərlə görüşüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR