Bank Of Baku

Tələbə-məzun dövlət elektron məlumat sistemi hazırlanır

Tələbə-məzun dövlət elektron məlumat sistemi hazırlanır
# 24 fevral 2010 11:56 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) tələbə-məzun dövlət elektron məlumat sistemi hazırlanır. APA-nın məlumatına görə, bu barədə TQDK sədri Məleykə Abbaszadə bildirib. Onun sözlərinə görə, məlumat sisteminin yaradılması “Təhsil haqqında” qanunda nəzərdə tutulub. Bundan sonra TQDK məlumat sisteminin əsasnaməsini ölkə prezidentinə təqdim edib. Prezident isə əsasnaməni təsdiq edən sərəncam və TQDK haqqında əsasnamədə dəyişiklik edilməsi barədə yeni fərman imzalayıb.

TQDK sədri deyib ki, məlumat sistemi 19992-ci ildən formalaşmağa başlayıb. Bazada həmin ildən indiyədək TQDK-ya sənəd vermiş milyon yarım azərbaycanlı haqqında məlumatlar var: “Biz bu məlumatların düzgün qiymətləndirilməsi üçün kifayət qədər araşdırmalar aparmağa hazırıq. Məlumat bazasından necə istifadə edilməsi məsələsi də hazırda müzakirə olunur. Yəqin ki, Prezident Administrasiyası, Mili Məclis, Azərbaycan Nazirlər Kabineti, Daxili İşlər, Milli Təhlükəsizlik, Xarici İşlər, Maliyyə, İqtisadi İnkişaf, Təhsil nazirlikləri bu məlumatlardan açıq şəkildə istifadə edə biləcəklər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR