Bank Of Baku

Güclü külək Mingəçevir şəhərinə xeyli ziyan vurub

Güclü külək Mingəçevir şəhərinə xeyli ziyan vurub
# 24 fevral 2010 12:43 (UTC +04:00)
Mingəçevir. Şahnəzər Bəşirov - APA. Mingəçevir şəhərində fevralın 22-də günorta saatlarından başlayan və fevralın 23-də gecə səhərədək əsən güclü külək müxtəlif sosial obyektlərə, enerji təsərrüfatına, təhsil və səhiyyə müəssisələrinə, yaşayış binalarına və fərdi evlərə xeyli ziyan vurub. Mingəçevir şəhər Mülki Müdafiə Qərargahının rəisi Rizvan Mikayıllı APA-nın yerli bürosuna bildirib ki, külək şəhərdə 25 iri gövdəli ağacı aşırıb, 2 fərdi yaşayış evinin dam örtüyünü tamamilə dağıdıb, çoxmərtəbəli yaşayış binalarının dam örtüyündən isə ümumilikdə 453 ədəd şiferi qıraraq yararsız hala salıb.
Yaşayış binalarının, eləcə də bir neçə məktəb və xəstəxananın ümumilikdə 17 min kvadratmetrlik yumşaq dam örtüyü, 1600 metrlik dəmir örtük təbəqəsi sıradan çıxıb, pəncərələrin şüşələri qırılıb. Ümumilikdə 35 ağacın iri budaqlarının qırılaraq elektrik və rabitə xətlərinin üzərinə düşməsi nəticəsində 2 ədəd 35 kilovoltluq transformator yanıb, 7 ədəd dəmir-beton dayaq yıxılıb. Şəhərin küçələrində işıqlandırma sisteminə də ciddi ziyan dəyib. Ümumilikdə 128 ədəd işıqlandırıcının fəaliyyəti dayanıb, onlardan 31-i qırılaraq tam yararsız hala düşüb. Şəhərin bir sıra yerlərinə elekrtik verilişi bir sutkadan sonra, dünən axşam saatlarında bərpa olunub.

Hazırda şəhər Fövqəladə Hallar Komissiyası küləyin şəhər təsərrüfatına vurduğu ziyanı hesablayır. Hadisə ilə bağlı Fövqəladə Hallar Nazırliyinə rəsmi məlumat verilib. Küləyin törətdiyi fəsadların aradan qaldırılması istiqamətində tədbirlər görülür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR