Bank Of Baku

Türk Mətbəxi barədə kitab Parisdə keçirilən yarışmada qalib seçilib

Türk Mətbəxi barədə kitab Parisdə keçirilən yarışmada qalib seçilib
# 25 fevral 2010 09:17 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Bu il Gourmand Dünya Kulinariya Kitabı Özəl Mükafatına “Istanbul-Cuisine Contemporaine” adlı kulinariya kitabı layıq görülüb. Türkiyənin Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, Hande Bozdoğan və Lalə Apa tərəfindən qələmə alınan və “Fransada Türk Mövsümü” çərçivəsində hazırlanan bu kitab İstanbulun 30 tanınmış aşpazının və yemək mövzusunda yazanların 130 yeməkdən bəhs edən reseptlərindən ibarətdir. Bu il 136 ölkədən 6 min kitabın dəyərləndirildiyi yarışmanın mükafatlandırma mərasimi Parisdə keçirilib. Tədbirdə “Gourmand” kubokunu alan Hande Bozdoğan və Lale Apa əsl mükafat sahibinin İstanbul mətbəx mədəniyyəti olduğunu xüsusi vurğulayaraq, kitabın nəşrinə yardımçı olan aşpazların hazırladıqları yeməkləri dadmaq üçün hər kəsi İstanbulda gözlədiklərini söyləyiblər.

Gourmand mükafatlarının başqanı Edouard Cointreau "Istanbul-Cuisine Contemporaine" adlı kitabın münsiflər tərəfindən mükafata layiq görülməsinin “Fransada Türk Mövsümü” tədbirləri arasında ən böyük önəm kəsb etdiyini və Türkiyənin belə kitablarla dünyanın ən sayılıb-seçilən mətbəxləri arasında yerini aldığını söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR