Bank Of Baku

“Xocalı soyqırımı qadınların gözü ilə” mövzusunda dəyirmi masa keçirilib

“Xocalı soyqırımı qadınların gözü ilə” mövzusunda dəyirmi masa keçirilib
# 25 fevral 2010 09:32 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Xocalı rayon İcra hakimiyyəti ilə birlikdə Xocalı soyqırımının 18-ci ildönümünə həsr edilmiş “Xocalı soyqırımı qadınların gözü ilə” mövzusunda dəyirmi masa keçirib. APA-nın məlumatına görə, dəyirmi masada çıxış edən komitə sədri Hicran Hüseynova bildirib ki, Xocalı soyqırımı bütün bəşəriyyətə qarşı törədilmiş soyqırımdır. Soyqırım zamanı 613 nəfər öldürülüb, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olub. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürülüb, 8 ailə tamam məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərdən birini itirib. Soyıqım baş verən gecə 1275 nəfər dinc sakin girov götürülüb. Onların 150-nin taleyi hələ də məlum deyil.

Komitə sədri deyib ki, dəyirmi masanı keçirməkdə əsas məqsəd Xocalı faciəsi və Qarabağ həqiqətlərini ictimai aləmə çatdırmaq istiqamətində ümumi vəziyyəti və bu işdə ziyalı qadınların rolunu müzakirə etməkdir.

Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid isə bildirib ki, Xocalı faciəsindən sonra dünyaya gəlmiş gənc nəsil soyqırımla bağlı daha az düşünür. Halbuki faciə ilə bağlı məlumatlar nəsildən-nəslə ötürülməlidir. Bu istiqamətdə yazıçıların üzərinə böyük məsuliyyət düşür: “Azərbaycanın istedadlı qadınları soyqırımla bağlı dəyərli əsərlər yaradıblar. Bu yazılardan ən yaxşıları bir neçə xarici dilə tərcümə edilərək bütün dünyaya yayılacaq. Bu gün bizim görəcəyimiz ən dəyərli iş Xocalı şahidlərinin ifadələrini qələmə almaqdır. Ədəbiyyatçıların işi soyqırımı yaşayan insanların taleyi ilə bağlı dünyaya təsir edəcək yüksək bədii yüklü əsərlər yaratmaqdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR