Bank Of Baku

Qubada Xocalı soyqırımına beynəlxalq miqyasda hüquqi qiymət verilməməsinə etiraz olaraq aksiya keçirilib

Qubada Xocalı soyqırımına beynəlxalq miqyasda hüquqi qiymət verilməməsinə etiraz olaraq aksiya keçirilib
# 25 fevral 2010 09:54 (UTC +04:00)
Quba. Könül Abdullayeva-APA. Bu gün Qubada gənclərin iştirakı ilə Xocalı soyqırımına hələ də beynəlxalq miqyasda hüquqi qiymət verilməməsinə etiraz olaraq aksiya keçirilib. APA-nın şimal bürosunun xəbərinə görə, ermənilərin 1918-ci ildə Qubada törətdiyi soyqırım hadisəsinə həsr olunan abidə kompleksinin önündən başlayaraq rayonun Şəhidlər Xiyabanına doğru yürüş edən gənclər “Xocalıya ədalət”, “Azərbaycanda qırğınlar törədən ermənilər cəzalandırılmalıdır” kimi plakatlar nümayiş etdirib, şüarlar səsləndiriblər. Bütün dünya gənclərinə müraciət edən aksiya iştirakçıları hər kəsi Xocalı faciəsindən xəbərdar olmağa çağırıblar.
Qubanın Şəhidlər Xiyabanında davam etdirilən aksiyada ermənilərin zaman-zaman Azərbaycanın ayrı-ayrı bölgələrində törətdiyi vəhşi qırğınlardan danışılıb. XX əsrin əvvəllərində Qubada, Şamaxıda, Bakıda, eləcə də əsrin sonlarında Qarabağda, xüsusilə Xocalıda törədilən soyqırım aktlarına beynəlxalq təşkilatlar tərəfindən hüquqi qiymətin verilmədiyini bildirən aksiya iştirakçıları adından dünyanın nüfuzlu təşkilatlarına ünvanlanan qətnamə qəbul edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR