Bank Of Baku

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib - FOTO

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində Xocalı soyqırımına həsr  olunmuş tədbir keçirilib - <font color=red>FOTO</font>
# 25 fevral 2010 10:19 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva - APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində Xocalı soyqırımına həsr edilmiş tədbir keçirilib.

«APA-Economics»in məlumatına əsasən, tədbirdə Xocalı soyqırımının qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edildikdən sonra faciəni hadisəni əks etdirən fotoşəkillər nümayiş olunub.

Nazirliyin aparatının və bütün şöbələrinin rəhbərlərinin iştirakı ilə keçirilən Xocalıdan olan rabitəçilərlə görüşdə məcburi köçkünlərin problemləri müzakirə edilib. Rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov rabitəçilərin fərdi problemlərinin həlli ilə bağlı tədbirlər görüləcəyini bildirib.

Xatırladaq ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri və Dağlıq Qarabağ ərazisindəki ermənilərin qeyri-qanuni silahlı dəstələri keçmiş SSRİ-nin Xankəndidə yerləşən 366-cı motoatıcı alayının şəxsi heyəti və hərbi texnikasının bilavasitə iştirakı ilə Xocalı şəhərini zəbt edərək, Azərbaycan xalqına qarşı soyqırımı həyata keçirib. Xocalının işğalı zamanı bir gecədə dinc əhalidən 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın, 70 qoca xüsusi amansızlıqla, işgəncələrlə öldürülüb, yüzlərlə insan əsir və girov götürülüb, itkin düşüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR