Bank Of Baku

Gəncə şəhərində kütləvi qanvermə aksiyası keçirilir

Gəncə şəhərində kütləvi qanvermə aksiyası keçirilir
# 25 fevral 2010 10:55 (UTC +04:00)
Gəncə. Ayxan Hüseynov-APA. Bu gün Gəncə Regional Qanköçürmə Mərkəzində kütləvi qanvermə aksiyası keçirilir. APA-nın qərb bürosunun verdiyi məlumata görə, Azərbaycan Səhiyyə Nazirliyinin təşəbbüsü ilə keçirilən qanvermə aksiyasında Gəncə şəhər Polis İdarəsinin, Gəncə şəhər Vergilər İdarəsinin və digər idarə və müəssisələrin, ali təhsil ocaqlarının əməkdaşları iştirak edir. Bu gün ərzində 300 nəfərədək şəxsin qan verməsi planlaşdırılır. Saat 13:00-a olan məlumata görə, 100-dən çox şəxs qan verib.
Gəncə şəhər Səhiyyə İdarəsinin rəisi Mehman Rzayevin verdiyi məlumata görə, Səhiyyə Nazirliyinin təşəbbüsü ilə bütün bölgələrdə qanvermə aksiyası keçirilir: “Bu aksiyaya Gəncə şəhəri də qoşulub. Əvvəlcədən sanitar maarifləndirmə işi aparılıb və bu gün şəhərin bütün idarə və təşkilatlarından ali təhsil ocaqları əməkdaşları könüllü olaraq qanvermə aksiyasında iştirak edir. Bu aksiyanın nəticəsi olaraq respublikada qan xəstəliklərindən əziyyət çəkən insanlara çoxlu köməklik olacaq onlar şəfa tapacaqlar”.

Qeyd edək ki, Qərb bölgəsində 58 talassemiya, 42 hemofiliyalı xəstə qeydiyyatdadır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR