Bank Of Baku

Heydər Əliyev Sarayında Xocalı soyqırımının ildönümü ilə əlaqədar anım tədbiri keçirilib - FOTOSESSİYA

Heydər Əliyev Sarayında Xocalı soyqırımının ildönümü ilə əlaqədar anım tədbiri keçirilib - <font color=red>FOTOSESSİYA</font>
# 25 fevral 2010 11:19 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Fevralın 25-də Heydər Əliyev Sarayında Xocalı soyqırımının 18-ci ildönümü ilə əlaqədar anım tədbiri və film nümayişi keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən Heydər Əliyev Sarayının direktoru, əməkdar mədəniyyət işçisi Fərhad Babayev Xocalı soyqırımının tarixindən danışıb: “XX əsrin ən dəhşətli faciəsi Xocalıda törədilən soyqırımıdır. Bir günün içində yer üzündən silinən şəhəri tərk edən 2500 Xocalı sakinindən 613-ü düşmən gülləsinə tuş gəlib qətliyamın qurbanı oldu. Bu soyqırım nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla - 613 nəfər Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq idi. 1275 xocalılı əsir, 150 xocalılı itkin düşdü. Bu dəhşətli faciəni unutmaq, xatırlamamaq qeyri-mümkündür. Bu gün Azərbaycan 20 faiz torpaqlarının düşmən tapdağı altda olmasının faciəsini yaşayır. Ancaq bu torpaqlar qayıdacaq, çünki o torpaqlar Azərbaycana məxsusdur”. Anım tədbirində Heydər Əliyev Sarayının Həmkarlar İttifaqının sədri Əmrullah Məcidov, sarayın əməkdaşı, əslən Xocalıdan olan Elvin Vəliyev də Xocalı soyqırımı barədə fikirlərini bölüşüblər. Xocalı soyqırımını canlı şahidi olan, Aygün Nağıyevanıın çıxışı tədbir iştirakçılarını kədərləndirib. O, Xocalı soyqırımının bütün türk dünyasının faciəsi olduğunu deyib.
Tədbirin davamında rejissor Mehriban Ələkbərzadənin çəkdiyi Xocalı soyqırımına həsr olunmuş 18 dəqiqəlik “Tarixin bir günü və ya Bir günün tarixi” filmi nümayiş etdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR